Əliyev 37 nəfərin ölümünə görə Putinə başsağlığı verdi

03 Yanvar, 2019 08:56 | Siyasət | Baxış sayı: 27
İlham Əliyev
İlham Əliyev

Prezident Yeni il günü baş verən faciədən kədərləndiyini deyib

Azərbaycan prezidenti İlham Əliyev Maqnitoqorskda baş vermiş faciə ilə bağlı rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Dövlət başçısı başsağlığında bildirib ki, faciə barədə xəbərdən dərindən kədərlənib. 

"Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıram".

Xatırladaq ki, baş vermiş hadisə nəticəsində 37 nəfər ölüb. Onlardan altısı uşaqlardır.