Xoruz ili ermənilər üçün necə yadda qaldı?

03 Yanvar, 2018 11:23 | Siyasət | Baxış sayı: 48
Ermənistanda yoxsulluq
Ermənistanda yoxsulluq

İşsizlik, yoxsulluq və miqrasiya

"Ötən xoruz ili Ermənistan üçün parlament seçkiləri, Aİ ilə imzalanan müqavilələr və yoxsulluq həddinin inanılmaz artımı ilə yadda qaldı". Bunu Eməni Milli Konqresinin nümayəndəsi, siyasətçi Levon Zurabyan deyib.

Onun sözlərinə görə, 2017-ci ildə ölkədə demokratiya dəfn edildi. Nəticədə bu gün Ermənistanda parlament hökmranlıq edir. "Amma biz bütün qadağalara baxmayaraq biz rejimlə mübarizəmizi davam etdirəcəyik. Bunu xalq tələb edir".  

“Tsarukyan” blokundan olan deputat Naira Zoqrabyan da 2017-ci ilin ən böyük probleminin yoxsulluq olduğunu deyir. O da, diqqəti yoxsulluğun artan həddinə çəkmək üçün çalışdığını qeyd edib. "Görünməmiş dərəcədə işsizlik, miqrasiya və yoxsulluq artıb. Amma rəsmi məlumatda hər zaman olduğu kimi bu yoxdur. Hakimiyyət heç cürə özləri üçün rahat şərait quran monopolistlərin, rüşvətxorların kökünü kəsə bilmir. Axı hər 3 Ermənistan sakinindən birinin yoxsul və ya ondan da pis vəziyyətdə yaşaması çox qorxuludur".

"Daşnaqstyun" isə fərqli düşünür. Partiya nümayəndələrinin fikrincə, müxalifət və onları dəstəkləyən qüvvələr etiraz aksiyaları ilə hec nəyə nail ola bilməyəcəklər.

Ekspertlər isə yazda əhalinin etirazlarının daha qüvvətlənəcəyi qənaətindədirlər. Məhz bu zaman Sarkiysnaın prezident kimi səlahiyyət müddəti bitir. Gözlənilən aksiyaların köklərini kəsmək üçü artıq bu gündən müəyyən tədbirlər görülür.