On minlərlə iranlı küçələrə çıxdı

03 Yanvar, 2018 13:22 | Siyasət | Baxış sayı: 269
İranda nümayiş
İranda nümayiş

Rejimi dəstəkləyənlər üsyançılara ölüm tələb ediblər

İranda ötən ilin son günlərindən başlayan etiraz aksiyaları hələ də davam edir. İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, nümayişlərdə ən son məlumata görə, azı 27 nəfər ölüb. 

İran dövlət televiziyası isə bu gün səhər rejimi dəstəkləyən on minlərlə insanın küçələrə çıxdığını açıqlayıb. Onlar "liderimiz, hazırıq", "üsyançılara ölüm" kimi şüarlar səsləndiriblər. Hökumətə dəstək aksiyalarının Kirmanşah, Ahvaz və Gorgan kimi şəhərlərdə baş tutduğu bildirilir.

İranın ali dini lideri Xamanei ötən gün verdiyi açıqlamada düşmənlərin ölkədə qarışıqlığa səbəb olduğunu demişdi. 

Xatırladaq ki, İranda etirazlar dekabrın 28-dən başlayıb. Nümayişçilərin səbr kasasını daşıran yumurta qiymətlərinin 40 faiz bahalaşaması olub. Məşhəddə start götürən aksiyalarda minlərlə insan bahalıqdan, işsizlikdən narazı olub. Lakin sonradan aksiyalar da siyasi şüarlar da səslənməyə başlayıb.

Etiraz aksiyaları qısa zamanda ölkənin iri şəhərləri - Tehran, Təbriz, Qum, Şiraz, Zəncan və s şəhərlərinə yayılıb. 500-dən çox nümayişçi polis tərəfindən saxlanılıb.