Kim Çen In danışıqlara başlayır - "Qaynar xətt" açıldı

03 Yanvar, 2018 10:55 | Siyasət | Baxış sayı: 55
Kim Çen In
Kim Çen In

Əsas məsələ idmançıların Olimpiadada iştirakı olacaq

Dünyanın ən qəddar prezidenti kimi ad çıxaran Şimali Koreya lideri Kim Çen In demilitərizə edilmiş zona olan Pxanmunjomda xüsusi rabitə vasitəsilə Cənubi Koreya ilə danışıqlara başlamaq barədə əmr verib.

İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, xüsusi xətt bu gün səhər saatlarında açılmalı idi. Əsas müzakirə mövszusunun isə Şimali Koreya 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak məsələsidir.

Məlumata görə, Kim Çen In qarşı tərəfin müzakirələr barədə atdığı addımı alqışlayıb.