İranı üsyan bürüdü FOTOLAR

03 Yanvar, 2018 08:45 | Siyasət | Baxış sayı: 564
İranda etiraz aksiyası
İranda etiraz aksiyası

Azərbaycan XİN mövqeyini açıqladı

"Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır".

Azərbaycan Xarici İşlər Nazirliyison günlərdə İranda baş verən hadisələrə münasibət bildirib. Bu barədə açıqlamanı nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

BMT Təhlükəsizlik Şurası isə İranda baş verənlərlə bağlı iclas keçirməyi düşünmür. Bu barədə jurnalistlərə Qazaxıstanın qurumdakı daimi nümayəndəsi Kayrat Umarov məlumat verib. "İranda baş verən aksiyalar gündəliyə daxil deyil. Amma əgər hansısa şura üzvi bu məsələni qaldırsa biz onunla bağlı iş apara bilərik". 

Vəziyyətin gərginləşdiyi bir zamanda İranda sosial şəbəkələrlə də bağlı problem yaranıb. belə ki, şəbəkələrə giriş bir müddət mümkün olmayıb. Etirazçılar giriş məhdudiyyətinin qəsdən yaradıldığını bildiriblər. Ölkənin informasiya-kommunikasiyaları texnologiyası naziri Cavad Azari Çahrumi  sosoial şəbəkələrin sıradan çıxması ilə bağlı üzrxahlıq edib. "Mehr" agentliyinin məlumatına görə, bu barədə nazir öz "Twitter" səhifəsində yazıb. 

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-də başlayıb. Aksiyaların ilk keçirildiyi yer Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərləri olub. Dekabrın 29-da etirazlar Tehranda və Təbrizə də sıçrayıb. Aksiya iştirakçıları küçələrə axışaraq qiymət artımına etirazlarını bildirirlər. Yüksək qiymətlərə etiraz olaraq keçirilən aksiyalar daha sonra hökumət əleyhinə nümayişlərə çevrilib. 

Ölənlərin sayı 20-ni ötüb, 500-ə yaxın insan isə saxlanılıb. 

Ölkənin daxili işlər nazirinin təhslükəsizlik məsələləri üzrə müavini Hüseyn Zülfiqari isə ötən gün açıqlama verərək bildirib ki, İranda aksiyalar keçirilən əksər əyalətlərdə vəziyyət normallaşıb.

İranın ali dini lideri Əli Xameneini baş verən hadisələrdə ölkənin düşmənlərinin əli olduğunu qeyd edib. 

İranda etiraz aksiyası
İranda etiraz aksiyası
İranda etiraz aksiyası
İranda etiraz aksiyası
İran - aksiyalar zamanı
İran - aksiyalar zamanı