Ərdoğan Ruhaniyə zəng etdi

03 Yanvar, 2018 14:40 | Siyasət | Baxış sayı: 126
R.T.Ərdoğan
R.T.Ərdoğan

İki lider İrandakı aksiyaları müzakirə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhaniyə zəng edi b. İstiPress-in məlumatına görə, telefon danışığının əsas müzakirə mövsuzu İranda baş verən etiraz aksiyaları olub.

Ərdoğan İranda ictimai asayişin qorunmasına böyük önəm verdiklərini deyib. O, bildirib ki, xalqın dinc etiraz haqqından istifadə etməsi zamanı qanunların da tapdanmamasına diqqət etmək lazımdır. 

Ruhani həmkamrına dəstək üçün təşəkkür edib və nümayişlərin bir neçə günə bitəcəyinə ümid etdiyini dilə gətirib.