Dünyanın ən təhlükəli terrorçusu - fransız qadın tutuldu

03 Yanvar, 2018 19:15 | Siyasət | Baxış sayı: 313
Fransız qadın
Fransız qadın

BMT və ABŞ-ın ən çox axtardığı cinayətkar

Suriyada İŞİD üzvü fransız qadın Emili Köniq həbs edilib.

İstiPress-in məlumatına görə, Köniqi BMT və ABŞ dünyanın ən təhlükəli terrorçularının axtarıldığı siyahıya salmışdılar.

Fransız qadın İŞİD-ə terrorçular cəlb etməkdə günahlandırılır. İndiyə kimi onun İŞİD-ə 200 adam cəlb etdiyi bildirilir. Anası Köniqin kürd yaraqlılar tərəfindən ələ keçirildiyini bildirib.

33 yaşlı Köniq İŞİD-lə əlcəzairli birinci ərinin təsiri altında qoşulub. Beş il qabaq fransız qadın işidə qoşulmaq üçün Suriyaya gedib.