Dünyada qadağan olunan kitabın rekord satışı

03 Yanvar, 2017 18:40 | Siyasət | Baxış sayı: 229
Hitlerin “Mein Kampf” kitabı
Hitlerin “Mein Kampf” kitabı

Kitab bəzi ölkələrdə qadağan edilib

Adolf Hitlerin “Mein Kampf” və ya “Mənim mübarizəm” adlı antisemitizimdən bəhs edən kitabı 85000 nüsxə ilə satılıb. İstiPress BBC - ə istinadən xəbər verir ki, kitabın naşiri Münhen Müasir Tarix İnstitutunun direktoru Andreas Virşinq bu rəqmələr artıq bizim qələbəmizin sübutudur deyib.

Bu ayın sonunda insitut kitabın 6 – cı tirajını çap edəcək. Kitab alimlər tərəfindən tənqid edilir.

Kitabın üz qabığı fərqlidir. Ağ örtüklü üzərində Hitlerin şəkli olmayan kitabdır. Almaniyada svastika və digər nasist rəmzləri qadağandır.

Hitlerin “Mein Kampf” adlı kitabı
Hitlerin “Mein Kampf” adlı kitabı

Naşir Virşinq müsahibələrində bildirib ki, kitabın yaxın vaxtlarda fransız dilində buraxılacaq.

“Mein Kampf” kitabının əsli ilk dəfə 1925 – ci ildə Hitler hakimiyyətə gəlməmişdən 8 il öncə çap olunub.