Qubanın icra başçısı dəyişdirildi

02 Dekabr, 2017 15:53 | Siyasət | Baxış sayı: 538
Quba şəhəri, Cümə məscidi
Quba şəhəri, Cümə məscidi

Ziya Məmmədovun yaxın qohumu işdən çıxarıldı

Prezident İlham Əliyevin sərəncamı ilə Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

İstiPress-in şimal bürosunun məlumatına görə,  keçmiş nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu Yaşar Qəhrəman oğlu Məmmədov artıq Quba Rayon İcra Hakimiyyətinin binasını tərk edib.

Bunadək Ziyəddin Əliyev "Azəravtoyol" ASC-də çalışıb.

Prezidentin cari ilin fevralın 20-də imzaladığı sərəncama əsasən ona "Əməkdar mühəndis" fəxri adı verilib.