Günün şoku: Səudiyyə kralı erməni imiş

02 Dekabr, 2017 14:14 | Siyasət | Baxış sayı: 2504
Kral Salman (sağdan ikinci) şahzadə Mukrinlə söhbət edir
Kral Salman (sağdan ikinci) şahzadə Mukrinlə söhbət edir

Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?

Erməni mətbuatı bu axşam ermənilərin özünü də şoka salıb: Səudiyyə kralları erməni mənşəli imiş.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərj olunan “newsarmenia.am” portalı Səudiyyə şahzadəsi Əl-Valid ben Talalın həbsi ilə bağlı dərc etdirdiyi məqalədə bildirib. Bu məlumat hətta məqalənin başlığında yer alıb. “Həbs olunan erməni mənşəli Səudiyyə milyarderi hakimiyyətlə sövdələşməyə getməkdən imtina edib”,- deyə məqalənin başlığında bildirilir.

Erməni portalında dərc olunmuş məqalənin başlığı
Erməni portalında dərc olunmuş məqalənin başlığı

Prinsipcə, Əl-Valid ben Talal Səudiyyə Ərəbistanını idarə edən Anaza qəbiləsindəndir ki, qəbilə öz kökünü İsmayıl peyğəmbərə bağlayır. Qəbilənin əcdadı Adnan İsmayıl peyğəmbərin törəməsidir və Məhəmməd peyğəmbərin də 21-ci nəsil babası sayılır. 

Hazırkı kral Salman “newsarmenia.am” portalının haqqında bəhs etdiya Əl-Valid ben Talalın doğma əmisidir. Ermənilər məhz kral Salmanın anasının, yəni Əl-Valid ben Talalın nənəsinin erməni olduğunu iddia edirlər. Portalın yazdığına görə, Səudiyyə krallığının əsasını qoymuş Abdel Əziz ibn Saud 1915-ci ildə başlamış erməni qiyamı zamanı Türkiyədən qaçmış erməni qızı ilə evlənib.

Yəni belə çıxır ki, Səudiyyə kralları artıq ikinci nəsildən erməni qanı daşımağa başlayıblar. Hər şey mümkündür. Bu versiyaya inanılırsa, Səudiyyə krallarının uzun müddət Türkiyəyə düşmən davranması, Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanı dəstəkləməsi boş yerdən deyilmiş.

"Four Seasons Baku" oteli
"Four Seasons Baku" oteli

Bu arada, Əl-Valid ben Talal dünyanın ən varlı adamlarındandır. O, dünya əmlak və səhm bazarının fəal iştirakçılarındandır. “Forbes”in versiyasına görə, 2007-ci ildə onun kapitalı 21,5 milyard dollar qiymətləndirilib. O, Bakıda da mehmanxanası olan “Four Seasons Hotels” zəncirinin ortağıdır. 4 noyabr 2017-ci ildə korrupsiya əleyhinə komitənin qərarı ilə tutulub.