"Ştanqist" prezident VİDEO

02 Noyabr, 2018 15:44 | Siyasət | Baxış sayı: 89
Qurbanqulu Berdimuhəmmədov
Qurbanqulu Berdimuhəmmədov

Berdimuhəmmədov yenə hamını təəccübləndirdi

Fərqlilikləri ilə seçilən Türkmənistan prezidenti yenə hər kəsi təəccübləndirməyi bacarıb. At sürən, "avtoş"luq edən, rep deyən, mahnı oxuyan Qurbanqulu Berdimuhəmmədov bu dəfə idmandakı bacarığını nümayiş etdirib. Həm də Nazirlər Kabinetinin iclasında. 

Dövlət başçısı Aşqabadda keçirilən ağır atletika üzrə dünya çempionatı ilə bağlı müzakirə aparmaq üçün nazirləri toplayıb. 

Belə ki, iclas zamanı Berdimuhəmmədov masasının qarşısındakı qızılı idman aləti olan ştanqı başı üzərinə qaldırıb. İclasdakılar onu ayaqüstə alqışlamağa başlayıblar. Prezident fiziki hazırlığını nümayiş etdirdikdən sonra idman alətini səliqə ilə yerinə qoyub.