Paşinyanın arvadı heç bir prezidentin etmədiyini etdi

02 Noyabr, 2018 13:47 | Siyasət | Baxış sayı: 164
Helikopter
Helikopter

Akopyan özü üçün 1 saatlıq yola helikopter seçib

Nikol Paşinyanın maşın əvəzinə helikopteri seçdi. Anna Akopyan Artik şəhərinə helikopterlə gəlib. Bu isə yerli sakinləri çox təəcübləndirib. “İrates” qəzeti belə yazır.

Məsələ ondadır ki, şəhər paytaxtdan cəmi 100 km aralı məsafədə yerləşir. Müstəqil Ermənistanın tarixində Artik sakinləri ilk dəfə “qanadlı maşın” görüblər. Bu şəhərə ölkənin bütün prezidentləri, baş nazirləri səfər ediblər. Amma onlardan heç biri 100 km-lik səfər üçün helikopterdən istifadə etməyib.

Paşinyanın arvadı isə bu şəhərə sakinlərlə görüş üçün gəlməyib. Onun məqsədi öz yaxın rəfiqəsinin çiyələk yetişdirilən istixanasına baxmaq olub. Akopayan ölkənin iqtisadi inkişafına verilən dəstəkdən şəxsən əmin olmaq istəyib.