Homoseksuallar Paşinyanın üstünə axışırlar

02 Noyabr, 2018 19:59 | Siyasət | Baxış sayı: 126
Homoseksuallar Ermənistan paytaxtında
Homoseksuallar Ermənistan paytaxtında

İrəvanda LQBT forumunun keçşirilməsi ermənilər üçün bir növ demokratiya testidir

Ermənistanın dini şurası İrəvanda LQBT forumunu xalq üçün təhlükəli adlandırıb. Forum 15-16 noyabrda baş tutmalıdır.

“Bizim paytaxtımıza homoseksualların axışması bütün xalqın hiddətinə səbəb olur. Bu qorxulu nticələrə gətirib çıxara bilər”, - deyə II Qaregin bildirib.

Onun sözlərinə görə, bu toplantı yeni nəsil üçün pis nümunə olacaq. Paşinyan və komandası isə bu məsələ ilə bağlı partizan susqunluğunu qoruyurlar. Hələ ötən ay çıxış edəndə demokrat Paşainyan bildirmişdi ki, Ermənistanda qeyri-ənənəvi oriyentasiyalı adamlar var. Amma bu insanlara şəxsi istəkdən asılı olmayaraq yaxşı münasibət göstərmək lazımdır.

Paşinyan həmçinin bildirib ki, qeyri-ənənəvi oriyentasiyalı insanlar hər zaman olublar və olacaqlar. Aydındır ki, baş nazir vəzifəsini icra edərək Avropa qarşısında çıxış edib. Onlar üçün isə LQBT forumunun keçşirilməsi bir növ demokratiya testidir.

Paşinyan isə məhz onların istədiyi kimi olmaq istəyir. Bunun üçün də bir çox müşahidəçilər artıq deyirlər ki, Paşinyanın xalqın bu forumu ləğv etmək barədə tələblərini qulaqardı etməsi parlament seçkisinin nəticəsinə çox təsir edə bilər.