Əsgərlərin yeməyini oğurlayan general Sarkisyana qarşı

02 Noyabr, 2018 10:30 | Siyasət | Baxış sayı: 77
Manvel Qriqoryan - erməni general
Manvel Qriqoryan - erməni general

Erməni qəzeti "milli qəhrəman" haqqında maraqlı fakt üzə çıxardı

İrəvanın “Jamanak” qəzeti həbs edilən "milli qəhrəman"la bağlı maraqlı fakt üzə çıxarıb. Qəzet yazır ki, erməni könüllülər birliyinin sədri, keçmiş deputat hərbçilərin yeməyindən tutmuş, hərbi sursata qədər oğurlaması ilə məşhurlaşan Manvel Qriqoryana hüquq mühafizə orqanlarında işbirliyi təklif ediblər.

Hazırda ermni generalı həbsdədir. Amma ona azadlıq müqabilində keçmiş prezident Serj Sarkisyana qarşı ifadə vermək təklif olunub. Onların hər ikisi  Qarabağda qanlı savaşı başlayanlardan olublar. Görünür ki, ölkənin yeni hakimiyyətinə Sarkisyan haqqında məlumatlar toplamaq lazım olub.

Bir müddət düşündükdən sonra Qriqoryan bu təklifdən imtina edib və təcili məhkəmə tələb edib. Qəzet yazır ki, istintaq işi tez bağlamaq və məhkəməyə göndərmək niyyətindədir. 

Axı Ermənistanda "qəhrəmana" qarşı irəli sürülən ittihamlar - ərzaq oğurluğu, qanunsuz silah saxlamaq və s. elə də böyük problem hesab edilmir.  

Hüquq mühafizə orqanları anlayırlarlar ki, məhkəmədə bu iş bu cür ittihamlarla əks effekt də verə bilər. Manvel Qriqoryan ittiham edilən tərəfdən iddiaçı tərəfə çevrilər.

Amma bu gün Ermənistanda kim oğurlamırki? Hansısa yolla olsa da yaşamaq lazımdır.