Ermənistan İranla sərhəddini bağlayır?

02 Noyabr, 2018 09:05 | Siyasət | Baxış sayı: 111
Sərhəd
Sərhəd

Paşinyandan yeni sərsəm bəyanat

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan kəskin tənqidə məruz qalıb. Onu tənqid atəşinə tutan deputat Armen Aşotyan olub. Buna səbəb isə baş nazir vəzifələrini icra edən şəxsin ölkənin iran ilə sərhəddinin bağlana biləcəyini deməsi olub.

O, bu bəyanatın əsasında ABŞ-la İran arasındakı savaşın dayana biləcəyini deyib. "Amma bu Ermənistanın tamamilə çöküşü olacaq". 

Paşinyanın çıxışına ekspertlərin də münasibəti sərt olub. Onların sözlərinə görə, o bu barədə ABŞ prezidentinin müşaviri Con Boltonun səfərindən sonra danışmağa başlayıb. "Əgər bu baş verərsə erməni xalqı üçün çox pis olacaq. Axı İrandan bu ölkəyə ancaq qaz, müxtəlif avadanlıqlar yox, həm də böyük həcmdə istehlak məhsulları daxil olur".

Xatırladaq ki, Paşinyan parlamentdəki müzakirələr zamanı deyib ki, Ermənistanın iki tərəfdən tam açıq sərhəddi var - Gürcüstan və İran. “Ermənistan-İran sərhədi İranla ABŞ-ın münasibətlərinə, habelə mürəkkəb geosiyasi vəziyyətə görə de-fakto bağlana bilər".