Erməni general KTMT-nin baş katibi vəzifəsindən kənarlaşdırıldı

02 Noyabr, 2018 17:34 | Siyasət | Baxış sayı: 79
Yuri Xaçaturov - erməni general
Yuri Xaçaturov - erməni general

Məlumatı təşkilatın mətbuat xidməti yayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov tutduğu vəzifədən azad edilib.

İstiPress TASS-a istinadən xəbər verir ki, məlumatı təşkilatın mətbuat xidməti yayıb.

“Müəyyən edilmiş qaydaya uyğun olaraq, erməni tərəfinin təşəbbüsü ilə Ermənistan Respublikasının təmsilçisi Yuri Qriqoryeviç Xaçaturovun KTMT-nin baş katibi vəzifəsindən vaxtından əvvəl geri çağırılması proseduru başa çatıb. KTM-nin Təhlükəsizlik Şurasının qərarı ilə Xaçaturov təşkilatın baş katibi vəzifəsindən azad edilib”, - məlumatda bildirilir.