Türkiyədə əməliyyat başladı, şəhidlər var

02 Noyabr, 2017 11:40 | Siyasət | Baxış sayı: 264
Təlimdə iştirak edən türk əsgəri
Təlimdə iştirak edən türk əsgəri

PKK terrorçuları basqına cəhd ediblər

Türkiyədə terrorçularla hərbçilər arasında atışma baş verib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, insident bu gün səhər saatlarında olub. İraqın şimalından Türkiyəyə keçmək istəyən PKK terrorçuları hərbçiləri atəşə tutublar. Cavab tədbirləri görülüb.

Ən son məlumata görə, atışma zamanlı Türkiyə 8 şəhid verib. 5 terrorçu zərərsizləşdirilib. Bölgədə helikopterlərin də dəstək verdiyi genişmiqyaslı əməliyyat başlayıb. 

Türkiyə Silahlı Qüvvələrinin (TSK) yayadığı məlumatda qeyd edilir ki, bölücü terror təşkilatının üzvləri qatı duman və qeyri-sabit hava şəraitindən istifadə edərək hücuma cəhd ediblər. Lakin onların bu planı əvvəlcədən müəyyən edilib. Nəticədə baş verən atışma zamanı 6 hərbçi ilə, 2 qoruyucu şəhid olub. Biri ağır olmaqla iki hərbçi yaralanıb".