Savadsız zabitlər erməni ordusunun başına bəla oldu

02 Noyabr, 2017 13:22 | Siyasət | Baxış sayı: 167
Erməni əsgərlər
Erməni əsgərlər

Artilleriya bölüyünün rəisi qan ağladı

Düşmən ordusunun zabitlərinin savadsızlığı Ermənistanın başına bəla olub. İstiPress-in məlumatına görə, bu günlərdə işğalçı Ermənistan ordusunun zabiti, divizyanın raket və artilleriya silahları xidməti rəisi Antonyanın özünün "Facebook" səhifəsində yazdığı fikirlər yenidən bu ölkənin Müdafiə Nazirliyinin, eləcə də nazir Vigen Sarkisyanın müxalifətin və ictimaiyyətin qəzəbinə tuş gəlməsinə səbəb olub. 

Söhbət gənc zabitlərin hədsiz savadsızlığından gedir. “Orduda zabitlərin savadsızlığı bir bəladır. Günü-gündən gənc zabitlərin savad səviyyəsi aşağı düşür. Çoxları peşman olduğu üçün bilərəkdən oxumurlar, öyrənmirlər ki, xidmətdən tez canlarını qurtarsınlar. Bu il xidmətə başlayan gənc zabitlərə hərbi xidməti “əlifba”dan başlayaraq öyrətmək məcburiyyətindəyik”.

Antonyanın paylaşdığı bu fikirlərdən sonra Ermənistanda mövcud olan hərbi təhsil sistemi kəskin tənqid atəşinə tutulub. Hələlik Ermənistan Müdafiə Nazirliyi rəsmiləri Antonyanın bu tənqidi fikirlərinə rəsmi münasibət bildirməyib.