Ermənistandan gündüz hücumu

02 Noyabr, 2017 17:26 | Siyasət | Baxış sayı: 962
Qoşunların təmas xəttində atəşkəs pozuntusu
Qoşunların təmas xəttində atəşkəs pozuntusu

Tovuz iriçaplı silahlardan atəşə tutulub

Ermənistan ordusu gündüz radələrində atəşkəsi pozub.  

Müdafiə Nazirliyinin mətbuat xidmətindən İstiPress-ə verilən məlumata görə, noyabrın 2-si saat 12.30 radələrində Tovuz rayonunun Qaralar kəndi Ermənistan Respublikası silahlı qüvvələrinin Berd rayonu ərazisindəki adsız yüksəkliklərdəki  mövqelərindən iriçaplı silahlardan atəşə tutulub.

Təxribatın miqyasının genişlənməməsi məqsədilə Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb.