Rusiya KİV-ləri niyə Paşinyanı dəstəkləyir?

02 Oktyabr, 2020 13:04 | Siyasət | Baxış sayı: 2230
Nikol Paşinyan Azərbaycanın işğaı edilmiş ərazilərində
Nikol Paşinyan Azərbaycanın işğaı edilmiş ərazilərində

Yalan danışırlar, amma qızarmırlar - bu sözləri Qarabağda bu günlərdə gedən müharibəni şərh edən Rusiya telekanalları barədə demək olar. 

Misal kimi “Rossiya 1” telekanalının «60 minut» (60 dəqiqə) verilişində Ermənistan baş naziri Nikol Paşinyanın çıxışını göstərmək olar. Proqramın aparıcıları ondan soruşdular ki, doğrudan, türk qırıcısı erməni təyyarəsini vurub? “Hə”,- deyə Paşinyn təsdiqlədi,- “özü də bu, bizim ərazidə baş verib” dedi.

Təyyarə iynə deyil ki, gizlənsin, gözdən qaçsın. Özü də Paşinyan deyir ki, Ermənistan ərazisində vurulub. Qoy, indi Ermənistanda çox olan Rusiya jurnalistləri vurulmuş erməni təyarəsinin qalıqlarını göstərsinlər. Bu, baş vermədi, çünki Paşinyan yenə yalan danışır.

Rus KİV-ləri yenə də Paşinyanı stimullaşdırmaqla məşğuldurlar, Ermənistanın özünün yerli KİV-ləri isə onu yalançı sayırlar, deyirlər ki,  çox şey vəd edib, amma heç nə etməyib. Rus kanallarında Qarabağ üzrə diskussiyaların iştirakçıları unudublar ki, Ermənistan ordusu Azərbaycan ərazisində vuruşur. Deputatlar, politoloqlar, hərhçiləri Dağlıq Qarabağın erməni əhalisinin taleyi çox narahat edir. 1 milyon azərbaycanlının Ermənistanın təcavüzü nəticəsində qaçqın düşməsi onları nədənsə narahat etmir.

Ermənilər həmişə özlərini Azərbaycanda imtiyazlı hiss ediblər. Nazirliklərdə, rayon və şəhər partiya komitələrində işləyiblər. Azərbaycan paytaxtında küçələrə ermənilərin adları verilirdi və s. Ermənistanda Azərbaycan adı daşıyan tək bir küçə vardı - 40-50 metrlik həmin küçə “26 Bakı komissarı” adlanırdı. Qarabağda döyüşlər başlamazdan öncə onun adını dəyişiblər – “26 komissar prospekti” qoyublar. Yəni erməni rəhbərliyi sevmədiyi Bakı sözünü küçənin adından silmişdilər.

Bu gün çox ölkələr Azərbaycanı Qarabağda hərbi əməliyyatları dayandırmağa çalışır. Niyə onlar Ermənistan ordusu Qarabağı tutmağa başlayanda heç nə etmədilər? Niyə bütün dünya BMT TŞ-nın işğal edilmiş ərazilərdən qoşunların çıxarılması ilə bağlı qətnamələrinə əməl etməyən Ermənistan rəhbərliyinə qarşı sanksiya qəbul etmədi. Suallar cavablardan çoxdur.

Bu gün Rusiya telekanalları qardaş Türkiyəni Azərbaycanı dəstəklədiyinə görə ittiham edirlər. Rusiya deputatları, siyasətçiləri, hətta Rusiya XİN-i birdən Türkiyənin yardımı ilə Azərbaycana  gətirilən ərəb terrorçulardan danışmağa başladılar. Rusiya kanalları öz vətəndaşlarını inandırmağa çalışır ki, bu müharibə dini müharibədir və yazıq erməni xristianları qorumaq lazımdır. Qorbaçovun da, Yeltsinin də vaxtında belə idi. Onda da Rusiya Ermənistanı dəstəkləmişdi. Yada salaq ki, Rusiyanın 366-cı polku Xocalı soyqırımında iştirak etmişdi. Sənədli kadrlar var ki, Rusiya ordusunun Azərbaycana əsir düşmüş əsgərləri bildirir ki, onları Azərbaycana qarşı döyüşə göndəriblər.

Mən Rusiyanın 1-ci kanalında hələ sovet zamanından işləyirdim. Onda hər şey sadə idi. Material partiya rəhbərliyinin tələblərinə uyğun gəlmirdisə efirə vermirdələr. İndi Rusiyada guya demokratiyadır. Yəni nə istəyirsən danışa bilərsən. Bu, əlbəttə ki, sözdə belədir. Azərbaycan haqqında yalanlar efirlərin başına götürüb.

Hamı birdən unudub ki, faşizm üzərində qələbənin 75 illyinə Azərbvaycan böyük töhfə verib. Niyə? Axı sovet şairi, Rusiyanın himninin müəllifi Sergey Mixalkovun şeirlərində deyilir ki, Bakı nefti olmasa idi sovet tanklarının mühərrikləri işləməzdi. Bütün Azərbaycan üçün Dağlıq Qarabağ müharibəsi də Böyük müharibədir və Vətən müşaribəsidir. Biz sonuncu işğalçı Azərbaycan ərazisini tərk etməyənə kimi vuruşacağıq.

Mais Məmmədov

əməkdar jurnalist