ANS ÇM ən vacib təpələrindən birinin götürülməsini lentə aldı - VİDEO

02 Oktyabr, 2020 13:24 | Siyasət | Baxış sayı: 4080
Qarabağda strateji təpənin alınması  zamanı
Qarabağda strateji təpənin alınması zamanı

Qarabağda ən vacib təpələrindən birinin götürülmə əməliyyatı ANS ÇM-in Qarabağ bürosu tərəfindən lentə alınıb. 

İstiPress-in məlumatına görə, ANS ÇM kanalı öz səhifəsinə yerləşdirdiyi videogörüntüləri bu sözlərlə izah edib: "Hər döyüşdə olduğu kimi təpə əvvəlcə artileriya atəşinə tutulur və onu qoruyan düşmənin texnikası və canlı qüvvəsi slradan çıxarılır. Sonra növbə piyadalarındır. Azərbaycan cəngavərləri bu təpəni cəmi 2 saata əldə edə bildilər. Vacib və strateji təpələr uğrunda döyüşlər davam edir".