Rusiya dünyanı qorxudan yeni güclü silahını sınadı

02 Oktyabr, 2019 13:38 | Siyasət | Baxış sayı: 85
Sınaq
Sınaq

Sistemin təsir radiusu 600 km-dir

Rusiya yeni silahlarından daha birinin sınağını həyata keçirib. S-500 "Prometey" sisteminin vacib elementlərinin sınağı Suriya ərazisində olub. Bu barədə "İzvestiya" Müdafiə Nazirliyindəki mənbəsinə istinadla yazıb.

Mənbənin məlumatına görə, mütəxəssislər müəyyən texniki problemlər aşkar ediblər, lakin onların qarşısı alınıb. Sınaq uğurlu olub.

S-500 istehsalı iyundan başlayıb. Sistemin təsir radiusu 600 km-dir. O, eyni anda saniyədə 7 km sürətlə uçan ona yaxın ballistik hədəfi müəyyən edib, zərərsizləşdirə bilər. Eləcə də hipersəs raketlər blokunu məhv etmək qabiliyyətinə sahibdir. 

"Rostex"in baş direktoru Sergey Çemezovun sözlərinə görə, Rusiya hələlik bu kompleksi heç bir məbləğə satmağı düşünmür.  Onlar ilk növbədə Rusiya ordusu üçündür.