Putindən Paşinyana qalan "xatirə"

02 Oktyabr, 2019 11:20 | Siyasət | Baxış sayı: 232
Paşinyanın selfisi
Paşinyanın selfisi

Putin İrəvanda baş nazirlə yox, Koçaryanın arvadı ilə görüşdü

İrəvanda Ali Avrasiya İqtisadi Şurasının sayca 5-ci iclası baş tutdu. İclasın nəticələri hələ bir müddət ekspertlər tərəfindən təhlil, müzakirə ediləcək. Toplantının ən diqqət çəkən tərəfi isə məxməri adlandırılan inqilabdan sonra Rusiya prezidenti Vladimir Putinin İrəvana ilk dəfə səfər etməsi olub. Xüsusi ilə oktyabrın 3-də "Valday klubu" çərçivəsində Azərbaycan və Rusiya liderləri arasında keçiriləcək ikitərəfli görüş ərəfəsində. 

Bütün bəyanatlarına baxmayaraq Nikol Paşinyanın Moskvailə əaləqləri məlum səbəblərə görə alınmır. Erməni nazirin özü isə bütün yollarla bunu təkzib edir və bildirir ki, Kremlə münasibətləri mükəmməldir. Buna təsdiq kimi isə hər yerdə Putin və Ruhani ilə selfisini dərc etməyə başlayıb. 

V.Putin İrəvana səfəri zamanı keçmiş prezident Robert Koçaryanın arvadı ilə görüşüb. Bu Paşinyana əsl zərbə kimi qiymətləndirilir. Qeyd etmək lazımdır ki, liderlərin görüşü ərəfəsində hökumətin ötürməsi ilə bütün erməni mətbuatı antitürk və antiazərbaycan xarakterli materiallar da dərc ediblər. Amma Moskvanın həm Ankara, həm də Bakı ilə münasibətləri çox gözəldir.

Bundan başqa İrəvanda müəyyən edilib ki, həm Putinin, həm də Ruhaninin Qarabağ münaqişsinin həlli perespektivləri ilə bağlı vahid mövqeyi var.

Yerli ekspertlər artıq qeyd edirlər ki, Paşinyanın öz siyasətini yeritmək üçün heç bir imkanı yoxdur. Geosiyasi proseslərin dinamikası heç də onun və İrəvanın istədiyi istiqamətdə inkişaf etmir.