Bakıda Almaniya Müdafiə Nazirliyi ilə danışıq oldu

02 Oktyabr, 2019 17:30 | Siyasət | Baxış sayı: 40
Almaniya və Azərbaycan arasında danışıq
Almaniya və Azərbaycan arasında danışıq

Hərbi sahədə əməkdaşlıq müzakirə edilib

Bu gün Bakıda Almaniya ilə Azərbaycan arasında hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.

Danışıqlar “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun baş tutub. 

Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.