300 min dollar borcu olan deputatın mandatə əlindən alındı

02 Oktyabr, 2019 16:20 | Siyasət | Baxış sayı: 84
Rafael Cəbrayılov
Rafael Cəbrayılov

MSK Rəfael Cəbrayılov haqqında son qərarını verdi

Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) deputat mandatından imtina edən Rəfael Cəbrayılovun müraciətinə baxıb.

Keçirilən iclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət edib. Milli Məclis isə onun deputat səlahiyyətlərinə xitam verilməsi ilə əlaqədar MSK-ya müraciət ünvanlayıb.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

Xatırladaq ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə,parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib. R.Cəbrayılov 300 min dollar borc götürərək öz vəsiqəsini girov qoyub.  Onun bir neçə şəxsə borclu olduğu bildirilir.

Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.