Ermənistanda növbədənkənar parlament seçkilərinin vaxtı açıqlandı

02 Oktyabr, 2018 19:59 | Siyasət | Baxış sayı: 48

Paşinyan Ermənistan parlıamentində əks-inqilaba hazırlaşıldığını bildirib

Ermənistanda növbədənkənar parlament seçkiləri bu ilin dekabrında keçiriləcək.

İstiPress "1in.am"a istinadən bildirir ki, bu barədə jurnalistlərə baş nazir Nikol Paşinyan bildirib.

Paşinyan Parlamentin spikeri Ara Babloyan və Respublikaçılar Partiyasının parlament qrupunun rəhbəri Vaqram Baqdasaryanla görüşündən sonra belə bir bəyanatla çıxış edib.

Paşinyan Ermənistan parlıamentində çoxluq təşkil edən Respublika Partiyasının əks-inqilaba hazırlaşdığını bildirib.