Erməni deputat baş naziri susdurdu: "Qorxutmaq lazım deyil"

02 Oktyabr, 2018 08:51 | Siyasət | Baxış sayı: 142
Ermənistan parlamenti
Ermənistan parlamenti

Müxalifət Paşinyanın təklifinə "yox" deyib

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın növbədənkənar prezident seçkisi keçirmək niyyətindən narazıdır. "Yeni milli yığınacağı küçələrdə formalaşdırmaq olmaz". Bu barədə Respublika partiyasının parlament franksiyasının rəhbəri Vaqran Baqdasaryan bildirib.

O, Nikol Paşinyanla görüşünü şərh edib. Baqdasaryanın sözlərinə görə, Ermənistana müxalifətə layiqli parlament lazımdır. Bunun üçün isə vaxt labüddür. "Kiməsə seçkini tez keçirmək sərf edir deyə bu qərarla  razılaşmaq olmaz. Bizi qorxutmaq da lazım deyil".

Görünür o Paşinyanın təklifi qəbul edilməyəcəi halda yenidən insanları küçəyə çağıracağı ilə bağlı sözlərini nəzərədə tutub.