Milli Məclis Prezidentin etiraz etdiyi dəyişikliyi ləğv etdi

02 Oktyabr, 2017 17:15 | Siyasət | Baxış sayı: 341
Milli Məclis
Milli Məclis

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında cari il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna Azərbaycan Prezidenti İlham əliyevin etirazı haqqında qərar layihəsinə baxılıb.

Dövlət başçısının etirazına səbəb “Dövlət qulluğu haqqında” qanunun 8.1.1-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub.

Bu siyahıya əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan, Milli Məclis, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə (Ali kateqoriya dövlət orqanları) daxildir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu məsələyə komitənin sentyabrın 20-də keçirilən iclasında baxılıb.

Ə.Hüseynli bildirib ki, Prezident İlham Əliyevin bu dəyişikliyin qəbul edilməməsi ilə bağlı tövsiyəsi məqsədəuyğun hesab edilib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.