Las-Veqasda ölənlər arasında azərbaycanlıların olub-olmaması araşdırılır

02 Oktyabr, 2017 18:04 | Siyasət | Baxış sayı: 91
Las-Veqas
Las-Veqas

Los-Ancelesdəki Baş konsulluq araşdırma aparır

"ABŞ-ın Las-Veqas şəhərində törədilmiş qanlı və dəhşətli faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, ABŞ hökumətinə və bütün Amerika xalqına dərin hüznlə baş sağlığı veririk. Bu dəhşətli hücum nəticəsində yaralananların tezliklə şəfa tapmasını diləyirik".

Bunu İstiPress-ə açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

"Bu qanlı faciədə həlak olan və yaralananlar sırasında Azərbaycan Respublikası vətəndaşının olub-olmaması ölkəmizin Los-Ancelesdəki Baş konsulluğu tərəfindən araşdırılır", - deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, Las-Veqasda musiqi festivalının iştirakçılarına atəş açılması nəticəsində 50-dən çox insan həlak olub, 400-dən çox insan yaralanıb. Hadisəni törədən Las-Veqas sakini polislə atışmada öldürülüb.