İlham Əliyevə "Quran" hədiyyə edildi

02 Oktyabr, 2017 17:38 | Siyasət | Baxış sayı: 115
Prezident İlham Əliyev Şamaxıda
Prezident İlham Əliyev Şamaxıda

Prezident Şamaxının Dəmirçi kəndində görülən işlərlə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunun Dəmirçi kəndində görülən işlərlə tanış olublar.

Dəmirçi məscidində dövlət başçısına “Quran” hədiyyə edilib.

Yerli əhalinin və turistlərin istirahəti, onların gəzintisinin yaddaqalan olması üçün burada kənddə bir sıra maraqlı layihələr icra olunub. Buraya ailə biznesinin qurulmasını və bu biznesdən alınan məhsulların satışını nəzərdə tutan, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti də daxildir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva isti təndir çörəyinə qonaq olublar. Dövlət başçısını və birinci xanımı Dəmirçi kəndində çay içməyə dəvət ediblər.

Azərbaycan prezidenti və birinci xanım kənddə dəmirçi dükanı və emalatxanası ilə tanış olublar.

Prezident İlham Əliyevə inşası nəzərdə tutulan Dəmirçi Arxeoloji-Etnoqrafik Muzeyinin layihəsi də təqdim edilib.

Dəmirçi kəndi ilə tanışlıq zamanı xatirə şəkilləri çəkdirilib.