Avropanın mərkəzində Qarabağ sindromu

02 Oktyabr, 2017 12:31 | Siyasət | Baxış sayı: 360
Avropa gələcəkdə. Vanqanın proqnozu
Avropa gələcəkdə. Vanqanın proqnozu

Qarabağın məntiqi şəkildə davamı gedir

Ermənistan Silahlı Qüvvələri Azərbaycan ərazilərinə soxulanda dünya birliyi buna çox yumşaq yanaşdı. Hətta müharibənin ən qızğın çağlarında da bunu münaqişə adlandırmağa utanırdılar. Qərb və Rusiya praktiki cəhətdən susmuşdu. Bundan başqa, Moskvanın hakim liberal dairələri özünütəyinetmə ilə səhv salırdılar. BMT münaqişə ilə bağlı 4 qətnamıə qəbul etsə də, onun həyata keçməsi Ermənistan qarşısında sərt tələb kimi qoyulmadı. Pis nümunə çox zərərli və keçici bir xəstəlik kimidir. İndi Avropanın mərkəzində, İspanıyada Kataloniya problemi ortaya çıxıb. 

Mən sadəlövhcəsinə inanırdım ki, Xocalı soyqırımı zamanı uşaqlar, qadınlar və qocaların vəhşicəsinə qətlindən sonra dünya dağılacaq. Mən bu dəhşətləri orada Milli Qəhrəman Çingiz Mustafayevlə birgə görmüşəm. Çox dəhşətli mənzərə idi.

Çox təəssüf ki, xristian dünyası o vaxt öz işi ilə məşğul idi. Hər yerdə demokratiya qurulurdu. Əgər vaxtında dünya birliyi indi Rusiyaya sanksiyalar tətbiq etdiyi kimi, Ermənistana da tətbiq etsəydi, bu gün Avropada heç bir referendum keçirilməzdi.

Qarabağın məntiqi şəkildə davamı gedir. Artıq bu gün Şotlandiya, İrlandiya, Korsika sakit olmayan tərzdə ayrılmağa çalışır. ABŞ-ın Miçiqan ştatından olan qanunvericilər Qarabağdakı qondarma rejimi tanıyıblar. Niyə? Nə üçün? Adekvat heç bir addım atmaq mümkün deyil. Onların yadına isə tezliklə bu, düşəcək. Bu gün Amerikanın ən bahalı ştatlarından olan Texasda artıq müstəqillik barədə danışılır. Öz dönəmində yankilər bu ərazini Meksikadan götürüb.

Əgər separatizm məhv edilməzsə, Qarabağ sindromu uzun müddət dünyada müxtəlif adlar altında dolşacaq. İnqilab, demokratiya, özünütəyinetmə adları altında bu sindrom daha geniş ərazilərə yayılacaq. 

İrəvanda isə bu gün bayramdır. Onlar dünyada belə referendumların olacağına ümid edirlər. Cəmiyyət xüsusilə erməni cəmiyyəti 10 dekabr 1991-ci ildəki kimi bunu qəbul etməyə məcbur olacaq. Bu heç vaxt baş verməyəcək. Azərbaycanın rəşadətli ordusu 2016-cı ilin aprel döyüşlərindəki kimi həmişə öz gücün nümayiş etdirməyə hazırdır.

Mayis Məmmədov, əməkdar jurnalist