Ermənistandan Rusiyanın Qarabağ mövqeyinə kəskin zərbə

02 Sentyabr, 2020 13:56 | Siyasət | Baxış sayı: 534
Ermənistan ordusu aprel döyüşlərindən sonra verdiyi vədlərdən qaçır
Ermənistan ordusu aprel döyüşlərindən sonra verdiyi vədlərdən qaçır

İrəvandan 180 dərəcə fərqli addım

Rusiya ilə Ermənistanın Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə mövqeləri kəskin fərqlənir.

İstiPress-in məlumatına görə, bu barədə "Vestnik Kavkaza"  portalına  V.Lomonosov adına Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti  Aleksey Fenenko bildirib.

"Erməni tərəfi 2016-cı il aprel münaqişəsindən sonra razılaşdırılan Vyana və Peterburq nizamlama planları da daxil olmaqla bütün sənədlərdən imtina etmək istiqamətinə yönəlib. Bu planlar işğal edilmiş Azərbaycan ərazilərinin tədricən demilitarizasiyasını və bundan sonra Dağlıq Qarabağın statusu ilə bağlı müzakirələrin başlanmasını nəzərdə tutur",- deyə o xatırladıb. 

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Yəni Ermənistan münaqişənin Madrid prinsipləri ilə həllindən boyun qaçırır. "Önəmlidir ki, onda tərəflər güzəştə getmişdilər, yəni Ermənistan ərazilərdən ordunu çıxarmağa, Azərbaycan isə Qarabağın statusu ilə bağlı danışıqlara başlamağa razılaşmışdı.  Həm ldə çox önəmlidir ki, Rusiya bu müqavilələrin bağlanmasında vasitəçi seçilmişdi və bu səbəbdən onların həyata keçirilməsində zəmanətçi idi. Buna görə də, erməni tərəfinin indi onlardan imtina etməsi Rusiyanın Dağlıq Qarabağ nizamlanmasında tutduğu mövqeyə zərbədir. Rusiya da öz növbəsində tamamilə məntiqli şəkildə öz iştirakı ilə qəbul olunan sənədlərin qüvvədə qalmasını israr edir ", - deyə Aleksey Fenenko bildirib.