Putin Paşinyanı saymadı

02 Sentyabr, 2019 10:17 | Siyasət | Baxış sayı: 1190
Vladimir Putin
Vladimir Putin

Rusiya həbsdə olan Koçaryana yubiley məktubu göndərib

Moskva yenə İrəvanı saymadı. Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı ad günü münasibəti ilə təbrik edib. Təbrik onun 65 illik yubileyi münasibəti ünvanlanıb. Yubliyarın özü isə həbsdədir. 

Xüsusi istintaq Komitəsi Koçaryanı 2008-ci ilin mart ayında Konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs edib. O, həm də kjülli miqdarda rüşvət almaqda günahkar bilinir. O, ötən il həbs edilib. 

Keçmiş prezident isə ona qarşı sürülən ittihamlarla razılaşmır. O deyir ki, küçə demokratı Nikol Paşinyan onu siyasi mövqeyinə görə təqib edir.