Gürcü baş nazir istefa verdi

02 Sentyabr, 2019 12:28 | Siyasət | Baxış sayı: 82
Mamuka Baxtadze
Mamuka Baxtadze

Onu DİN başçısı əvəz edəcək

Gürcüstanın baş naziri Mamuka Baxtadze istefa verib. Bu barədə hökumət başçısı özü məlumat yayıb.

Qeyd edək ki, ötən gün hakim "Gürcü Arzusu" Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb.

Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq.

M.Baxtadze 2018-ci ilin iyunundan bu postu tutub və hesab edir ki, artıq baş nazir kimi missiyasını bitirib.  

"Gürcü Arzusu" 2012-ci ildə keçirilən parlament seçkisini udub. O vaxtdan 3 baş nazir dəyişilib. Növbəti seçki 2020-ci ilin payızında olacaq.