Müdafiə naziri əsgər ailələrini sevindirdi - FOTO

02 Sentyabr, 2017 13:45 | Siyasət | Baxış sayı: 154
Açıq qapı
Açıq qapı

"Açıq qapı" günü keçirilib

Qurban bayramı ilə əlaqədar Müdafiə naziri Zakirovun əmrinə əsasən respublikanın bütün hərbi hissələrində  olduğu kimi, sentyabrın 2-də Qusardakı hərbi hissədə də "Açıq qapı" günü keçirilib.

Saat 11-də başlayan mərasimdə əvvəlcə əsgərlərin doğmaları ilə səmimi görüşü baş tutub. Sonra hərbi hissədə valideynlər gənc əsgərlərin qulluq yeri, istirahət və məişət şəraiti ilə yaxından tanış edilib, hərbi guşələrə baş çəkilib, texnikalar nümayiş olunub.

Sonra hərbi hissədə əsgərlər üçün 10-dan artıq qurban kəsilib, əsgər yeməkxanasında qurban naharı təşkil edilib. Bayram konserti baş tutub. Valideynlər birbaşa övladlarının şəraitini əyani göstərən tədbirlərin təşkilini təqdirəlayiq hal hesab edərək Zakir Həsənova minnətdarlıq ediblər.

Aytəkin Alxaslı// İstiPress-in şimal bürosu