MN: Bu ermənilərin iyrənc yalanıdır

02 Sentyabr, 2017 09:17 | Siyasət | Baxış sayı: 91
Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

"Dezinformatorları Azərbaycan Ordusu barədə uydurmalar ötürürlər"

"Son günlər erməni xüsusi xidmət orqanlarının dezinformatorları Azərbaycan Ordusu barədə bir-birinin ardınca müxtəlif məzmunlu uydurma "əhvalatlar", yaxud "sənədlər" hazırlayıb kütləvi informasiya vasitələrinə ötürürlər".

Bu barədə açıqlama Azərbaycan Müdafiə Nazirliyindən verilib.  

Nazirlik Ermənistan KİV-lərində yayılan növbəti uydurmadan da xəbərdar olduqlarını da qeyd edib.

"Bu cür primitiv saxtakarlığı, həqiqətlə hər hansı bağlılığı olmayan iyrənc yalanı şərh etmək istəmirik. Ermənistan xüsusi xidmət orqanlarının dezinformatorları bu cür uydurmaları yaymaqla ancaq erməni cəmiyyətini aldada bilər".