Hərbçi yaxınlarının xoş günü

02 Sentyabr, 2017 07:35 | Siyasət | Baxış sayı: 56
Yeni il ərəfəsində Qusarda keçirilən "Açıq qapı"
Yeni il ərəfəsində Qusarda keçirilən "Açıq qapı"

Bu gün hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək

Bu gün hərbçi yaxınları öz yaxınlarını ziyarət edə biləcəklər. Müdafiə Nazirliyindən İstiPress-ə verilən məlumata görə, Qurban bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçiriləcək.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Qurban bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” saat 11.00-da təşkil olunacaq.

Bu gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.