Ermənilərin soyqırımı yalanının üstü açıldı

02 Sentyabr, 2017 07:51 | Siyasət | Baxış sayı: 363
Filip Ekozyants
Filip Ekozyants

Erməni tarixçi: "Real dünyaya qayıtmağın vaxtıdır"

Ölkəsindən uzaqda yaşayan erməni tarixçi verdiyi açıqlaması ilə öz həmyerlilərinin soyqırımı əfsanəsinə ciddi zərbə vurub. Buna səbəb isə onun dedikləri olub. İstiPress-in məlumatına görə, Xarkovda yaşayan ictimai xadim, tarixçi, ədəbiyyatçı və bloger Filip Ekozyants "ermənilərin məskunlaşması" adlı video çarx hazırlayıb. O, videoda bildiri ki, hazırda ermənilərin soyqırımı davam edir, ancaq bunu ermənilər özləri törədirlər. 

"Bu gün biz ermənilər özümüz öz soyqırımımızda iştirak edirik. Soyqırım prosesi bizim düşünməyə adət etdiyimiz, bizi inanadırmağa çalışdıqları kimi kimi 100 il əvvəl başlamayıb. 100 il əvvəl bizim və Osmanlı imperiyasındakı xalqlar üçün böyük bəla baş verib. Bu bəla bir neçə il davam edib, bitib, lakin qəlbimizdə qalıb. Bizim xalqın soyqırımı isə illər sonra başlayıb - 20-ci əsrin 40-cı illərində.  Bu isə soyqırımı sözünün özünün peyda olması ilə başlayıb və bu günə kimi davam edir.  Soyqırımın mahiyyəti isə ondan ibarətdir ki, erməni xalqı real dünyadan virtual dünyaya keçməyə cəhd edirlər".

Onun sözlərinə görə, 19-cu əsrdə türkləri, 20-ci də isə azərbayacanalıları onlara düşmən kimi təqdim ediblər. "Və budur indi də rus xalqına qarşı nifrət virusu uğurla aşılanır. Nə qədər çətin olsa da, biz real dünyaya qayıtmalıyıq".