Erməni kapitan ordunun çirkin üzünü açdı və ...

02 Sentyabr, 2017 08:15 | Siyasət | Baxış sayı: 191
Poqosyanın səhifəsi
Poqosyanın səhifəsi

Kapitan Poqosyan hərbi hissədən qaçmaqla canını qurtarıb

Ermənistan ordusundakı problemləri açan kapitan cəzalandırılacaq. İstiPress-in erməni sosial şəbəkələrinə istinadla verdiyi məlumata görə, işğalçı Ermənistan ordusunun zabiti kapitan Edik Poqosyan xidmət etdiyi hərbi hissədə baş verənlərlə bağlı tükürpədici açıqlamalar etdiyinə görə həbs ediləcək.

Madagizdə yerləşən 33651 nömrəli hərbi hissədə xidmət edən, aktiv sosial şəbəkə istifadəçisi E.Poqosyan yazdığı paylaşmaların qurbanı olub. 

Neqativ hallar barəsində yazdığı fikirlərə görə komandanlıq tərəfindən təqiblərə, ağlasığmaz haqsızlıqlara məruz qalan E.Poqosyan  hərbi hissəni özbaşına tərk edib. Bir neçə gün əvvəl barəsində cinayət işi açılan və axtarış elan edilən kapitanın  sosial səbəkə səhifələri bağladılıb. 

Edik Poqosyan sosial şəbəkələrdə hətta zabit olduğu üçün özünə belə nifrət etdiyini qeyd edib. Onun sözlərinə görə, orduda əsgərlərin pulları əllərindən alınır, əmlak talanır, saxta cinayət işləri açılır.