Zakir Həsənov Rusiyaya getdi

02 Avqust, 2019 18:59 | Siyasət | Baxış sayı: 93
Zakir Həsənov - Müdafiə naziri
Zakir Həsənov - Müdafiə naziri

Şoyqu dəvət edib

Bu gün Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə yola düşüb.

İstiPress-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Müdafiə naziri avqustun 3-də “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının açılış mərasimində iştirak edəcək və “Tank biatlonu” müsabiqəsində yarışan Azərbaycan tankçılarının birinci mərhələdə çıxışını izləyəcək.