Trampdan ermənilərə növbəti Qarabağ zərbəsi - İrəvan şokdadır

02 Avqust, 2019 16:19 | Siyasət | Baxış sayı: 2665
Nikol Paşinyan Azərbaycanın işğaı edilmiş ərazilərində
Nikol Paşinyan Azərbaycanın işğaı edilmiş ərazilərində

ABŞ münaqişə ilə bağlı siyasətində növbəti dəqiqləşmə aparıb

ABŞ Dövlət Departamentinin Azərbaycanın işğal edilmiş ərazilərindəki Ermənistanın qurduğu rejimə maliyyə yardımı İrəvanda şok effekti yaradıb. 

İstiPress-in məlumatına görə, əksər erməni ekspertlər bunun ciddi siyasi mesaj olduğunu vurğulayırlar. 

Məsələn, işğal rejiminin təmsilçisi David Babayan “1in.am”a müsahibəsində ABŞ-da nələrinsə baş verdiyini bildirib. Onun sözlərinə görə, ABŞ-ın bu cür rejimlərə yardımı siyasi dəstək deyil - məsələn, Çinin seperatçı ərazisi Tayvana milyard dollarlıq hərbi yardım göstərir, yaxud Şimali Kipr Türk Cumhuriyyətinin təmsilçiləri öz pasportları ilə ABŞ vizaları ala bilirlər.

Başqa bir erməni ekspert Qaqik Ambaryan isə “Tert.am”a müsahibəsində bütün günahların Paşinyanda olduğunu vurğulayır. Onun fikrincə, qərbyönümlü Paşinyanın hakimiyyətə gəlməsindən sonra da Ermənistanın KTMT üzvü olaraq qalması, ölkə ərazisində Rusiyanın 102-ci hərbi bazasının qalması Trampın xoşna gəlməyib və o da hər il işğal zonasına USİAD xətti ilə ayrılan 5 milyon dolları dayandırmağı qərara alıb. Ambaryanın fikrincə, bu, Trampın Paşiyana mesajıdır.

Əslində, isə bu, ABŞ-ın Qarabağla bağlı siyasətinin Respublikaçılar Partiyası tərəfindən dövlət maraqları istiqamətində növbəti redaktəsidir. Məsələ bundadır ki, SSRİ yeni dağılanda - 1990-cı illərdə ABŞ-da Demokratlar Partiyası hakimiyyətdə idi və bu partiyanın təmsilçisi Bill Klinton sovet dövlətini dağıtmaqda əsas rol oynamış ermənilərə Qarabağı hədiyyə edərək təşəkkür etmək istəyirdi. Bunun üçün Azərbaycana təzyiqlər edirdi, lakin Heydər Əliyevin sərt müqaviməti nəticəsində heç nəyə nail ola bilmədi. 2000-ci illərdə hakimiyyətə Respublikaçılar Partiyası gəldi və prezident Corc Buş fəaliyyətinin elə ilk dövründə Konqressə məktub yazaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini bildirdi. Bu, Ermənistanın işğalçı olduğu xüsusi vurğulanan ilk beynəlxalq sənəd və Azərbaycan diplomatiyasının böyük uğuru idi.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Buşu əvəz edən demokrat Obama hakimiyyəti artıq Azərbaycana açıq təzyiq göstərməsə də, münaqişənin dinc yolla həllinin vacibliyini vurğulayır, tərəfləri bərabər tutmağa çalışırdı. Bill Klintonun xanımı Hillari Klinton dövlət katibi olan zaman xüsusi nümayəndəsi hər gün Qarabağda qoşunların təmas xəttində vəziyyətlə bağlı bir neçə dəfə raport hazırlayırdı. Hillari Klintonun bunu etməkdə əsas məqsədi Azərbaycanın işğal olunmuş ərazilərində kontr-terror əməliyyatldarına maksimum mane olmaq idi. Obama da sələfi  Klinton kimi Azərbaycan ərazilərini Madrid prinsipləri çərçivəsində referendum yolu ilə oğurlayıb Ermənistana bağışlamaq istəyirdi.

Lakin 2017-ci ildə hakimiyyətə gələn Republikaçılar bunu da dayandırdılar və Qarabağ münaqişəsinin Madrid prinsipləri çərçivəsində həlli zamanı ərazi bütövlüyü prinsipinin əsas götürüləcəyini vurğuladılar. Eyni sözləri Avropa Birliyi də təkrarladı. Yəni Qərb mesaj verdi ki, ermənilər nə etsələr də, Qarabağı Azərbaycandan qopara bilməyəcəklər və ən böyük ümidləri Azərbaycan daxilində muxtariyyət ola bilər. Trampın işğal rejiminə yardımı kəsməsi bu istiqamətdə siyasətin növbəti dəqiqləşdirilməsidir.