Rusiya ermənilərə inanmır

02 Avqust, 2019 10:18 | Siyasət | Baxış sayı: 126
Miqrasiya
Miqrasiya

Erməni milliyətindən olanları işdən çıxarmağa başlayıblar

Rusiya erməni əsilli olanlarlara inanmır. Bunu İrəvan mətbuatı yazır. Onlar iddia edirlər ki, Soçi Beynəlxalq hava limanının əməkdaşları öz milliyətlərinə görə işdən çıxarılırlar. Belə ki, erməni əsilli şəxslərin işdən çıxarılması və ixtisara düşmələri hələ ötən ildən başlayıb. Bundna başqa erməni soyadı olan şəxslər də işə götürülmürlər. Qəzet yazır ki, artıq yüzə yaxın şəxs hava limanındakı işini itirib. İndi bir o qədər də adamın taleyi həll edilir. 

Rusiyada isə bunları təkzib edirlər. Orada demək olar ki, ermənilərin işləmədiyi bir nazirlik yoxdur. Ekspertlər deyirlər ki, Soçi hava limanında isə bir iş görürlərsə demək bu milli təhlükəsizlik üçün edilir. Ələxsus da hava limanının strateji obyekt olduğunu nəzərə alsaq.

Ekspertlər qeyd edirlə ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Moskva və İrəvan arasında əlaqələr korlanıb. Çünki məhz Ermənistan öz ölkəsindəki Rusiya şirkətlərinin təqibinə başlayıb.

Soçi aeroportunun rəhbərliyi də bəyanatla çıxış edərək bildirib ki, bu kampaniya böhtan xarakteri daşıyır və onun heç bir əsası yoxdur. Qeyd edilir ki, milli motivdən bir müddət öncə əmək müqavilələri başa çatan bir qrup erməni istifadə edir. 

Bəzi erməni KİV-ləri Rusiyadakı erməni diasporları ilə əlaqə yaradıblar. Onlar da bildiriblər ki, belə hadisənin bu gün Rusiyada yaşanmasına inanmırlar. 

Ekspertlər də deyirlər ki, Soçidəki bu qarışıqlıq rəsmi İrəvanın rəhbərliyi ilə, onlara tabe olan bir qrup KİV sayəsində tərəfindən qabardılır.