Erməni müxalifəti Paşinyanı devirmək üçün birləşir

02 Avqust, 2019 14:45 | Siyasət | Baxış sayı: 43
Ermənistanda etiraz aksiyası
Ermənistanda etiraz aksiyası

Payızda yeni blokun yarandıldığı elan ediləcək

Ermənistanda payızda 20 partiyadan ibarət yeni müxalif bloku yaradılacaq. Bu barədə “Past” qəzeti yazır. Nəşrin məumatına görə, hazırda səhnə arxası müzakirələr davam edir. Lakin oktyabr ayında müxalifət öz birliyini rəsmən elan edəcək. Onların əsas hədəfi isə Nikol Paşinyanın rejimini devirməkdir. Yeni blok həmçinin öz siyasi hədəflərinin elan edildiyi sənəd hazırlayacaq.

Ekspertlər deyirlər ki, belə addımın atılmasına səbəb günbəgün artan işsizlik, qiymət artımı və iqtisadi çöküşdür.

Qəzet yazır ki, bu bloka məşhur siyasi xadimlər, eləcə də ictimai təşkilatların əsas nümayəndələri daxil olublar. Görünür ki, bu payız Paşinyan üçün xeyli qızmar olacaq.