Baş katib: "NATO "S-400"dən istifadə etməyəcək"

02 Avqust, 2019 18:29 | Siyasət | Baxış sayı: 78
Yens Stoltenberq
Yens Stoltenberq

Yens Stoltenberq qəti danışıb

NATO Türkiyənin Rusiyadan aldığı “S-400” zenit-raket kompleksini Alyansın vahid sisteminə inteqrasiya etməyi planlaşdırmır.

İstiPress RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, NATO-nun hava hücumundan müdafiə və raket əleyhinə sistemləri “S-400”dən istifadə etməyəcək.