Nazarbayev koronavirusdan sağaldı

02 İyul, 2020 16:35 | Siyasət | Baxış sayı: 36
Nursultan Nazarbayev
Nursultan Nazarbayev

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.

İstiPress-in məlumatına görə, bu barədə keçmiş prezidentin mətbuat katibi Aydos Ukibay öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, N.Nazarbayevin təkrar verdiyi test mənfi nəticələnib. Həkimlərin tövsiyəsinə əsasən o, özünütəcrid rejimini davam etdirəcək.

Qeyd edək ki, Nursultan Nazarbayevin koronavirusa yoluxduğu iyunun 18-də məlum olmuşdu. Bildirilmişdi ki, onun xəstəliyi simptomsuz keçir. O vaxtdan N.Nazarbayev daim həkimlərin nəzarətində olub.