Rusiyanın Ermənistandan uzaqlaşıb Bakını seçəcəyi gün

02 İyul, 2019 13:09 | Siyasət | Baxış sayı: 555
Vladimir Putin Ermənistanın yeni rəhbərləri ilə görüşdə
Vladimir Putin Ermənistanın yeni rəhbərləri ilə görüşdə

Moskva KİV-i yazır

Rusiya və Ermənistan münasibətlərii ya sirk və ya uzaq hədəf oyunudur.

Oxucuların diqqətinə Moskva portallarının birində dərc oluqnmuş məqalələrdən  birini kiçik ixtisarla veririk:

Keçən həftə iki önəmli hadisə baş verib. İdeyaca, bunlar Rusiyanı ehtiyatlandırmalı və düşündürməli idi ki. Ermənistanın yeni hakimiyyəti Rusiya Federasiyasının real müttəfiqdirmi?

Məhz elə həmin zamanlarda Moskva və İrəvan arasında Ermənistana yeni paritya Rusiya silahının verilməsi barədə anlaşıblar və müqavilə imzalayıblar. Elə həmin anlarda AŞPA-da Rusiyaya bu təşkilata qaytımaq imkanı verən qətnamə imzalayıblar. Özü də Rusiyanın geri qayıtmasını 11 iri Avropa ölkəsi dəstəkləyib. Amma ki, Paşinyanın təbirincə, Rusiya ilə əla münasibətləri olan müttəfiqi Ermənistan Rusiyanı satdı. Hakim paritya “Mənim addımım”ı təmsil edən iki deputat Rusiyanın əleyhinə səs verib. Doğrudur, həmin deputatlardan biri sonra özünə bəraət qazandırıb ki, texniki baxımdan belə olub, amma buna kim inanar?

Bütün bunlar Ermənistan Apelyasiya Məhkəməsinin keçmiş prezident Robert Koçaryanın həbsinə qərar verdikdən sonra baş verib. Həm də Moskvanın keçmiş prezidenləri unutmadığını, onun təkrar həbsini də unutmayacağını bilə-bilə. Onda Rusiya səfiri Koçaryanla görüşmüşdü və bu, İrəvanda böyük qalmaqal yaratmışdı. Halbuki, ölkəni xarici işlər nazirinin müavini bəyan etmişdi ki, Rusiya səfiri diplomatik protokol çərçivəsində hərəkət edib. Yenə buna baxmayaraq Ermənistan  hakimiyyəti diplomatdan hesab soruşmağa cəhd edib. Yalnız sonradan-sonraya  bəyan etdilər ki, səfirin hərəkətləri Ermənistanın daxili işəlrinə qarışmaq kimi dəyərləndirməməlidir.

Yəni indi Moskva dilemma qarşısında qalıb - ya öz münasibətlərini Ermənistanın suverenlik iddiaları fonunda gerçəkləşdirməlidir. Ya da bu ölkəni tərk etməlidir. Amma Moskva özünü elə aparır ki, guya heç nə olmayıb. İstənilən halda, bu açıqlanmalıdır. Təəssüf ki, bu gün Rusiya bunu görmək istəmir.

İndi Ermənistana rəhbərlik edən siyasi qüvvələr gizlətmirlər ki, Qərb onlara daha yaxındır. Bəlkə də Moskva gözləyir ki, nəsə dəyişə bilər, yəni Kreml Paşinyan və komandasının siyasi ömrünün uzun olacağına inanmır. Öz növbəsində Ermənistan  Rusiyadan mümkün qədər çox şey qoparmağa çalışır.

Burada müttəfiqlik hardadır? Böyük ehtimalla onlar bu gün Moskva və Bakı arasmında formalaşır. Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Rusiyanın AŞPA-ya qayıtmasına verib. Əgər birdən Paşinyan hakisiyyətdə uzun qalarsa, Rusiyanın ən sonda Ermənistandan uzaqlaşması qaçılmazdır - həm Qarabağ məsələsi ilə bağlı, həm də silah verilməsi ilə bağlı. Bu, Azərbaycanla münasibətlər baxımından ən doğru qərar olacaq.