Pulsuz ermənilər indi də susuz qaldı

02 İyul, 2018 09:39 | Siyasət | Baxış sayı: 110
Su kranı
Su kranı

Qovurucu istilərdə İrəvan sakinlərinin suyu da kəsilib

İrəvanda vətəndaşların əksəriyyətində pulun olmaması artıq yeni xəbər deyil. Ancaq şəhərin böyük hissəsinin 40 dərəcəni keçən istilərdə susuz qalacağı barədə xəbər hamını hiddətləndirib. Hakimiyyət nümayəndələrinin dediyinə görə, haradasa qəza baş verib. Və o aradan qaldırılmalıdır.

Ermənistan paytaxtı dağlardan gələn su ilə təmin edilirdi. Ancaq bu il normadan yüksək temperatur bu təbii mənbənin suyunu da azaldıb. Bu gün o hər kəsə çatmır. Hələ yazda sinoptiklər yaxınlaşan quraqlıq haqqında xəbərdarlıq edirdilər. Ancaq hazırki baş nazir Paşinyan və onun komandasının bu vecinə deyildi. Onlar inqilaba hazırlaşırdılar və bütün qüvvələri ilə ölkənin hər yerində vəziyyəti gərginləşdirməyə çalışırdılar ki, qalib gəlsinlər.

Yeri gəlmişkən İrəvanda su az qala valyuta ilə yarışır. Əhali indi Sarkisyan rejimini axtarmağa başlayıb - onlar deyirlər ki, heç olmasa əvvəlki hakimiyyət zamanı su yetərli idi.

Hakimiyyət isə adətinə uyğun olaraq dözməyi tələb edir. Onların fikrincə, su əsas deyil. Əsas məsələ korrupsiyanın məhvidir. Sarkisyanın komandası yerlə bir ediləndən sonra hər şey yaxı olacaq. Su da gələcək, hətta ola bilsin  pul da...