Ermənistanda offşorun qara buludları

02 İyul, 2018 12:05 | Siyasət | Baxış sayı: 84
Rüşvət
Rüşvət

37-ci il geri qayıdıb

Erməni offşorları üzərini qara bulud alıb. Erməni hüquq mühafizəçiləri ABŞ Federal Təhlükəsizlik Bürosu ilə sıx əməkdaşlığa başlayıblar. Yerli qəzetlərin yazdıqlarına görə, bu araşdırmaların sonu qalmaqallı ifşalar deməkdir.

Hazırki baş nazirin tapşırığı ilə ölkə polisi və ABŞ strukturları bu gün onlarla işi yenidən araşdırmağa başlayıblar. Onların əsas hissəsi Ermənistandan qanunsuz yollarla pul vəsaitlərinin çıxarılması ilə bağlıdır.

"Jamanak" öz mənbələrinə istinadən yazır ki, ən yaxın zamanda offşor zonalarda oğurlanan vəsaitlərin yuyulması ilə bağlı qalmaqallı ifşalar, eləcə də erməni elitasının həbsləri gözlənilir.

“Jovoxurd” isə bildirir ki, bütün hüquq mühafizə orqanları bu gün tikan üstündədir. Onlar gecə yarısına kimi çalışırlar. Səhər isə korrupsionerlərin yeni həbsləri, ifşaları üzə çıxır. Onlar istirahət günü belə olmadan işləyirlər.

Ermənistanın yeni hakimiyyəti məhz belə tempdə iş tələb edir. Bəzi irəvanlılar hətta deyirlər ki, bu gün ölkədəki vəziyyət keçmiş SSRİ-nin 37-ci ilini xatırladır.