Ermənistanda çaxnaşma: Naxçıvandan İrəvana hücum başlayır

02 İyul, 2018 18:59 | Siyasət | Baxış sayı: 3450
Azərbaycanın Rusiyadan almaq istədiyi "Terminator" tankları
Azərbaycanın Rusiyadan almaq istədiyi "Terminator" tankları

Ermənilər Putini yeni müharibənin baiskarı sayır

Naxçıvan cəbhəsində Azərbaycan ordusu ilə toqquşma zamanı erməni muzdlunun yaralanması və Rusiya Dövlət Dumasının bir sıra rəsmilərinin Azərbaycan ordusunun aprel döyüşlərində azad etdiyi mövqelərə baş çəkməsi Ermənistanda böyük həyəcanla izlənir.

İstiPress-in məlumatına görə, erməni KİV-lərində çıxış edən əksər şərhçilər bunu Putinin Ermənistanı cəzalandırması kimi dəyərləndiriblər.

Putinin yaxın adamı Aleksandr Duqin Lələtəpədə
Putinin yaxın adamı Aleksandr Duqin Lələtəpədə

Naxçıvanda atışma zamanı Ermənistan ordusunun muzdlu əsgəri, 1974-cü il təvəllüdlü Vaahn Baqdasaryan yaralanıb və bu, erməni KİV-lərini Paşinyan hakimiyyətinə ciddi suallar ünvanlanmasına səbəb olub: Ermənistanın üzvü olduğu və Rusiyanın paronajlığı altında yaradılmış  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) niyə məsələyə qarışmır?

Erməni şərhçi Sarqis Arsruni “1in.am”da yazdığı məqaləsində düşünür ki, Azərbaycan əmindir ki, Rusiya bu məsələdə Ermənistanı dəstəkləməyəcək. Sarqis Arsruni buna görə, Paşinyan hökumətinə bir neçə ardıcıl sual ünvanlayır: Naxçıvanda atışma ilə bağlı Ermənistan KTMT rəhbərliyinə müraciət edibmi və edibsə nə cavab alıb? Etməyibsə, niyə etməyib?

Analitika portalı “Lragir”də isə redaksiya heyəti adından yazılmış “Yeni müharibəyə cavabdeh” adlı məqalədə isə bildirilir ki, Azərbaycana fəallaşma imkanı məhz Rusiya tərəfindən verilib: 

“Uzun illər Azərbaycanın Rusiya istiqamətində siyasətinin məqsədi Rusiya vasitəsi ilə Ermənistanın beynəlxalq izolyasiyasının və onun güzəştlərə məcbur edilməsinin mümkün olub-olmamasını öyrənmək olub. Azərbaycanda anlayıblar ki, mümkündür və nəticədə aprel döyüşləri baş verdi”.