Ermənistan müharibəyə hazırlaşır?!

02 İyul, 2018 10:55 | Siyasət | Baxış sayı: 364
Mövqelərindən qaçan ermənilər
Mövqelərindən qaçan ermənilər

"İstənilən ssenariyə hazır olmalıyıq"

"Erməni hərbçiləri Dağlıq Qarabağda, eləcə də Azərbaycanla sərhəddə  hadisələrin istənilən cür inkişafına hazır olmalıdırlar". İstiPress-in məlumatına görə, bunu baş nazir Nikol Paşinyan deyib.

"Ermənistan istənilən ssenariyə hazır olmalıdır. Bu mənim Silahlı Qüvvələrə əmrimdir". 

Azərbayacanın keçirməyə hazırlaşdığı irimiqyaslı hərbi təlimlər düşməni qorxuya salıb. Onun sözlərinə görə, son günlər Azərbaycan sərhədə canlı qüvvə və hərbi texnika cəmləyir.

Ermənistan hökumət başçısı həmçinin bildirib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan-Azərbaycan sərhədində mühəndis və möhkəmləndirmə işləri aparmağa cəhd ediblər.